...

Azərbaycandakı sığorta şirkətlərinin sığorta haqlarının məbləğinə görə renkinqi

İqtisadiyyat Materials 25 Fevral 2026 10:55 (UTC +04:00)
Azərbaycandakı sığorta şirkətlərinin sığorta haqlarının məbləğinə görə renkinqi
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar ayında Azərbaycanda fəaliyyət göstərən 16 sığorta şirkəti vasitəsilə 156,604 milyon manat məbləğində sığorta haqqı toplanıb.

Trend bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,054 milyon manat və ya 4,3% azdır.

Hesabat ayı ərzində ən çox sığorta haqları “Paşa Sığorta” ASC tərəfindən toplanıb – 65,501 milyon manat. İkinci yerdə 50,349 milyon manat həcmində sığorta haqları ilə “Paşa Həyat Sığorta”, üçüncü yerdə isə 8,949 milyon manatla “Aqrar Sığorta” Sığorta Şirkəti qərarlaşıb.

Aşağıda Azərbaycandakı sığorta şirkətlərinin 2026-cı ilin yanvar ayı üzrə toplanan sığorta haqları üzrə renkinqini təqdim edirik:

Şirkətin adı

Sığorta haqları (milyon manat)

“Paşa Sığorta”

65,501

“Paşa Həyat Sığorta”

50,349

“Aqrar Sığorta”

8,949

“Atəşgah Həyat” Siğorta Şirkəti

6,332

“Qala Sığorta”

4,228

“Atəşgah” Sığorta Şirkəti

3,917

“Azərbaycan Sənaye Sığorta”

3,879

“Xalq Sığorta”

3,586

“Meqa Sığorta”

2,756

“Meqa Həyat Sığorta”

2,162

“Qala Həyat” Sığorta Şirkəti

1,561

“A-Qroup Sığorta Şirkəti”

1,334

“Xalq Həyat” Sığorta Şirkəti

887

“AzSığorta”

728

“İpək Yolu Sığorta”

435

“AtaSığorta”

-

Məqalədə:
Xəbər lenti

Xəbər lenti