Bakı. Trend:
"Türkdilli dövlətlər" sözündən əl çəkmək lazımdır.
Trend xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müşaviri Yaqub Mahmudov bu gün akademiyanın elmi təşkilatların və ali təhsil müəssisələrinin 2025-ci ildəki elmi-təşkilati fəaliyyətinə həsr edilmiş Ümumi yığıncağında çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, hazırda türk dünyası tarixində həlledici illər yaşanır və Azərbaycan bu məsələdə xüsusi rol oynayır:
"Mən burdan müraciət etmək istəyirəm. "Türkdilli dövlətlər" sözündən əl çəkmək lazımdır. Artıq Türk Dövlətləri Təşkilatı yaradılıb və bu, türkdilli dövlətlər demək deyil. Elə bil biz türk deyilik, bizim ağzımıza dil keçirdiblər", o qeyd edib.
