...

Cənubi Koreya və ABŞ “Freedom Shield” birgə hərbi təlimləri keçirəcək

Dünya xəbərləri Materials 25 Fevral 2026 21:48 (UTC +04:00)
Cənubi Koreya və ABŞ “Freedom Shield” birgə hərbi təlimləri keçirəcək
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Mart ayında Cənubi Koreya və ABŞ “Freedom Shield” (“Azadlıq qalxanı”) adlı illik birgə hərbi təlimlər keçirəcəklər.

Trend-in xəbər verir ki, bu barədə Yonhap agentliyi məlumat yayıb.

Bildirilib ki, təlimlər 9-19 mart tarixlərində keçiriləcək və “Döyüşçü qalxanı” adlı səhra manevrlərini, eləcə də döyüş əməliyyatlarının kompüter modelləşdirilməsini əhatə edəcək.

Agentliyin mənbələri vurğulayıblar ki, səhra təlimlərinin miqyasının 2025-ci illə müqayisədə daha kiçik olacağı ehtimal edilir. Bu qərar Cənubi Koreya hakimiyyətinin Şimali Koreya ilə münasibətləri yaxşılaşdırmaq niyyəti ilə əlaqələndirilir.

Xəbər lenti

Xəbər lenti