...

SOCAR və "Samsung E&A Co., Ltd." şirkəti arasında Anlaşma Memorandumu imzalandı

Energetika Materials 25 Fevral 2026 13:33 (UTC +04:00)
SOCAR və "Samsung E&A Co., Ltd." şirkəti arasında Anlaşma Memorandumu imzalandı
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və "Samsung E&A Co., Ltd." şirkəti arasında Anlaşma Memorandumu imzalanıb.

Trend xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" hesabında paylaşım edib.

"Samsung E&A Co., Ltd." şirkətinin prezidenti və baş icraçı direktoru Honq Namkunq ilə enerji sahəsində tərəfdaşlıq və əməkdaşlığın genişləndirilməsi imkanları barədə müzakirələr apardıq.

Görüş çərçivəsində SOCAR və "Samsung E&A Co., Ltd." şirkəti arasında Anlaşma Memorandumu imzalandı. Sənəd enerji aktivlərinin səmərəliliyinin artırılması, istehsalın lokallaşdırılması, regional sənaye mərkəzinin yaradılması, insan kapitalının inkişafı və karbonsuzlaşma üzrə əməkdaşlıq perspektivlərinin araşdırılmasını nəzərdə tutur.

Sənədin icrası yerli şirkətlərin qlobal dəyər zəncirinə inteqrasiyası baxımından da əhəmiyyət daşıyır", - paylaşımda qeyd edilib.

Qeyd edək ki, Cənubi Koreyanın "SAMSUNG E&A" şirkəti mühəndislik, satınalma, tikinti və layihə idarəetməsi (EPC&PM) istiqamətində fəaliyyət göstərir.

"SAMSUNG E&A"nın fəaliyyət sahələrinə neft-qazın hasilatı və emalı, enerji istehsalı, su və tullantıların təmizlənməsi, eləcə də müxtəlif sənaye istehsal obyektləri daxildir. Şirkət mühəndislik həlləri ilə layihələrin səmərəli idarə olunmasını birləşdirərək müxtəlif ölkələrdə sənaye və infrastruktur layihələrinin reallaşdırılmasında rol oynayır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti