Bakı. Trend:
Bu ilin yanvar ayında Azərbaycanda əmlak sığortası üzrə 25,995 milyon manat sığorta haqqı toplanılıb.
Trend Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 493 min manat və ya 1,9% çoxdur.
Hesabat dövründə əmlak sığortası üzrə ödənişlər isə 762 min manat və yaxud 22,3% azalaraq 2,649 milyon manata bərabər olub.
Beləliklə, bu ilin yanvar ayında əmlak sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının 10,2 manatı müştərilərə geri ödənilib.
Qeyd edək ki, bu ilin yanvar ayında Azərbaycanda fəaliyyət göstərən 16 sığorta şirkəti vasitəsilə 156,604 milyon manat məbləğində sığorta haqqı toplanıb.
Məlumata görə, bu, ötən ilin müvafiq dövrünün göstəriciləri ilə müqayisədə 7,054 milyon manat və ya 4,3% azdır.
Hesabat dövründə sığorta ödənişlərinin həcmi isə 62,012 milyon manat təşkil edib və illik ifadədə 14,389 milyon manat və ya 30,2% artıb.
