...

Kanada Kubaya humanitar yardım ayıracaq

Dünya xəbərləri Materials 25 Fevral 2026 22:21 (UTC +04:00)
Kanada Kubaya humanitar yardım ayıracaq
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Kanada hakimiyyəti çərşənbə günü Kubaya səkkiz milyon Kanada dolları (5,85 milyon ABŞ dolları) məbləğində təcili humanitar yardım göstərəcəklərini açıqlayıb.

Trend-in EFE agentliyinə istinadən verdiyi məlumata görə, bu vəsait ərzaq alınması üçün istifadə olunacaq.

Ottava izah edib ki, vəsait Ümumdünya Ərzaq Proqramı və Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu vasitəsilə ayrılacaq və həmin qurumlar yardımın birbaşa ehtiyacı olanlara çatdırılmasını təmin edəcək.

Kanadanın xarici işlər naziri Anita Anand bildirib ki, "Kanada Kubadakı hadisələri izləməyə davam edir və dəyişən mühitdə zəruri sorğulara vaxtında cavab verilməsini təmin etmək üçün həmkarları ilə birbaşa əlaqə saxlayır".

O qeyd edib ki, "Kanadanın xarici siyasəti humanitar vəziyyətə yönəlib".

Xəbər lenti

Xəbər lenti