Bakı.Trend:
2025-ci il ərzində 10877.62 ha torpaq sahəsinin kateqoriyasının və məqsədli istifadə təyinatının dəyişdirilməsi ilə bağlı 734 müraciət daxil olub.
Trend xəbər verir ki, bu barədə Əmlak Məsələləri Dövlət Xidmətinin 2025-ci il ərzində görülən işlər barədə hesabatında qeyd edilir.
Bildirilir ki, əvvəlki dövrlərdə daxil olmuş müraciətlər nəzərə alınmaqla, 122 müraciət üzrə 276.73 ha torpaq sahəsinin kateqoriyasının dəyişdirilməsi ilə bağlı sərəncam layihəsi hazırlanaraq Nazirlər Kabinetinə təqdim edilib. Əvvəlki dövrlərdə Nazirlər Kabinetinə təqdim edilmiş müraciətlər nəzərə alınmaqla, 11 müraciət üzrə 225.60 ha torpaq sahəsinin kateqoriyası Nazirlər Kabinetinin sərəncamı ilə dəyişdirilib.
Əvvəlki dövrlərdə daxil olmuş müraciətlər nəzərə alınmaqla, 91 müraciət üzrə 3877.50 ha torpaq sahəsinə dair sənədlər rəylərinin alınması üçün aidiyyəti dövlət orqanlarına göndərilib.
