Bakı. Trend:
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev idarə, müəssisə və təşkilat rəhbərlərinin, yerli icra nümayəndələrinin və bələdiyyə sədrlərinin iştirakı ilə növbəti vətəndaş qəbulunu keçirib.
Trend xəbər verir ki, qəbulda rayon sakinlərinin müraciətləri fərdi qaydada dinlənilib.
Müraciətlər mənzil-məişət şəraitinin yaxşılaşdırılması, su təchizatı, sosial müdafiə, səhiyyə və digər sahələri əhatə edib.
Sakinlər tərəfindən qaldırılan bəzi məsələlər yerindəcə həll olunub. Araşdırılması vacib olan müraciətlər isə müvafiq qurumlara yönləndirilib.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev vətəndaşların şikayət və təklifləri ilə bağlı qəbulda iştirak edən məsul şəxslərlə müzakirələr aparıb, qaldırılan məsələlərin nəzarətə götürülməsi barədə tapşırıqlar verib.
