Bakı. Trend:
Fevralın 26-da bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.
Trend Milli
Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, Naxçıvan MR,
Zəngilan, Cəbrayıl, Laçın, Kəlbəcər, Gədəbəy, Gəncə, Naftalan,
Samux, Göygöl, Şəmkir, İmişli, Beyləqan, Bərdə, Tərtər, Sabirabad,
Saatlı, Şirvan, Salyan, Biləsuvar, Neftçala, Hacıqabul, Qobustan,
Lənkəran, Lerik, Yardımlı, Masallı, Cəlilabadda sarı xəbərdarlığa
uyğun olaraq şimal-şərq küləyi əsəcək, küləyin sürəti 13.9-20.7
m/san təşkil edəcək.
Daşkəsən, Goranboy, Mingəçevirdə isə narıncı xəbərdarlığa uyğun
olaraq şimal-şərq küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək
güclənəcək.
