...

Mərkəzi Bank və “Komplayens Assosiasiyası” İctimai Birliyi Anlaşma Memorandumu imzalayıblar

İqtisadiyyat Materials 25 Fevral 2026 16:04 (UTC +04:00)
Mərkəzi Bank və “Komplayens Assosiasiyası” İctimai Birliyi Anlaşma Memorandumu imzalayıblar
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Fevralın 24-də Mərkəzi Bank ilə “Komplayens Assosiasiyası” İctimai Birliyi arasında Anlaşma Memorandumu imzalanıb.

Trend bu barədə tənzimləyici quruma istinadən xəbər verir.

Anlaşma Memorandumunun məqsədi maliyyə və qeyri-maliyyə subyektləri üçün komplayens mədəniyyətinin formalaşdırılması, komplayens sahəsində qabaqcıl təcrübələrin təşviqi və tənzimləyici tələblərə uyğunluğun daha da artırılmasıdır.

Bu məqsədlə komplayens mexanimzlərinin və etik davranış prinsiplərinin formalaşdırılması və inkişaf etdirilməsi üçün maarifləndirmə və məlumatlandırma təşəbbüslərinin keçirilməsi nəzərdə tutulur. Qeyd olunan istiqamətdə komplayens sahəsində fəaliyyət göstərən mütəxəssislər üçün seminarlar, təlim proqramları, dəyirmi masalar, konfranslar və digər tədbirlərin təşkili planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti