...

"İnter" "Real"ın futbolçusunu icarəyə götürməyi planlaşdırır

İdman Materials 25 Fevral 2026 13:04 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

“Real”ın futbolçusu Brahim Diaz mövsümün sonunda icarəyə göndərilə bilər.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, ona PSJ-dən sonra “İnter”dən də təklif gəlib.

Klub Mərakeş millisinin üzvünü bir illik icarəyə götürmək niyyətindədir.

26 yaşlı futbolçu hələ ki qəti qərarını verməyib.

Qeyd edək ki, “Malaqa”nın yetirməsi olan Diaz daha əvvəl “Mançester Siti” və “Milan” klublarında çıxış edib.

Brahimin "Real"la müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti