...

Anar Kərimova yeni vəzifə verildi

Cəmiyyət Materials 25 Fevral 2026 12:22 (UTC +04:00)
Anar Kərimova yeni vəzifə verildi
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Maliyyə nazirinin birinci müavini Anar Kərimov yeni vəzifəyə təyin edilib.

Trend xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.

Qərara əsasən, “Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı tərəfindən “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətindən alınmış problemli aktivlərin əvəzində mövcud qanunvericiliyə uyğun olaraq əldə edilmiş və balansında olan, balans dəyəri 1 milyon manatdan çox olan əmlakların, yerli və xarici aktivlərin və ya onlar üzrə borcların tələb hüquqlarının satılması və kənar idarəçilərə idarəetməyə verilməsi üzrə Müsabiqə Komissiyasının sədri vəzifəsinə maliyyə nazirinin birinci müavini Anar Kərimov təyin edilib.

Daha əvvəl bu vəzifəni maliyyə nazirinin sabiq müavini, iqtisadiyyat nazirinin müavini Azər Bayramov icra edirdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti