...

Məqalalər baxımından göstəricilərimiz ürəkaçan deyil - İsa Həbibbəyli

Cəmiyyət Materials 25 Fevral 2026 11:18 (UTC +04:00)
Məqalalər baxımından göstəricilərimiz ürəkaçan deyil - İsa Həbibbəyli
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bak. Trend:

Monoqrafiyaların və məqalələrin sayına görə respublika üzrə rekord göstəricilərə malik olan akademiyada təəssüf ki, yüksək reytinqli impakt faktorlu məqalələr baxımından keçən illə müqayisədə irəliləsək də, göstəricilərimiz çox da ürəkaçan deyil.

Trend xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik İsa Həbibbəyli akademiyanın elmi təşkilatların və ali təhsil müəssisələrinin 2025-ci ildəki elmi-təşkilati fəaliyyətinə həsr edilmiş Ümumi Yığıncağında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, akademiyanın elmi bölmələrinin rəhbərləri, elmi-tədqiqat institutlarının direktorları bu sahədə ciddi dönüş yaratmaq üçün çox çalışmalıdırlar:

"Son illərdə Nobel mükafatına layiq görülmüş işlərin demək olar ki, hamısının kollektiv tədqiqatlardan ibarət olduğunu nəzərə alsaq elmdə beynəlxalq əməkdaşlığın nə qədər aktual və zəruri olduğunu görə bilərik”.

Akademik qeyd edib ki, 2025-ci ildə AMEA-nın əhatə etdiyi 9 elmi tədqiqat institutunda, regionlarda yerləşən 2 elmi bölmədə və 2 regional elmi mərkəzdə elmi tədqiqat işi yerinə yetirilib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti