...

Ağ Evdə UFC turnirinin təşkilinə bu qədər vəsait xərclənəcək

Dünya xəbərləri Materials 25 Fevral 2026 12:43 (UTC +04:00)
Ağ Evdə UFC turnirinin təşkilinə bu qədər vəsait xərclənəcək
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Mütləq Döyüş Çempionatı (UFC) Ağ Evdə turnirin təşkili üçün 60 milyon dollara qədər vəsait xərcləyəcək.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

UFC şou üçün Ağ Evin qərb hissədə olan həyətində oktaqon (döyüş qəfəsi) və tamaşaçılar üçün tribunalar quracaq.

Döyüşçülərin oktaqona Oval kabinetdən çıxacağı gözlənilir.

Qeyd edək ki, “UFC White House” turniri 14 iyun tarixində keçiriləcək və İstiqlaliyyət bəyannaməsinin qəbul edilməsinin 250 illiyinə həsr olunacaq. Bu, Ağ Evdə keçiriləcək ilk peşəkar idman tədbiri olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti