...

“American Airlines” təyyarəsi eniş zamanı atəşə tutuldu

Dünya xəbərləri Materials 25 Fevral 2026 12:33 (UTC +04:00)
“American Airlines” təyyarəsi eniş zamanı atəşə tutuldu
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Mayamidən Medelin şəhərinə (Kolumbiya) uçan ABŞ-nin “American Airlines” şirkətinə məxsus sərnişin təyyarəsi Kolumbiyada atəşə tutulub.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, təyyarənin gövdəsində güllə deşikləri aşkarlanıb.

Zərərçəkənlərin olmadığı bildirilir. İlkin versiyaya görə, “Boeing 737 MAX 8” təyyarəsi Kolumbiya aeroportuna eniş edən zaman atəşə məruz qalıb. Güllələr sağ qanada tuş gəlib. Güllə deşiklərinin təyyarənin ABŞ-yə qayıtmasından sonra aşkarlandığı qeyd olunur.

Faktla bağlı istintaqa başlanılıb. Təyyarə uçuşlardan çıxarılıb və təmirə yönləndirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti