...

Ölkədə genişzolaqlı internet sürətinin artırılması ilə bağlı təklif verilib - RƏSMİ

Telekommunikasiya Materials 25 Fevral 2026 11:37 (UTC +04:00)
Ölkədə genişzolaqlı internet sürətinin artırılması ilə bağlı təklif verilib - RƏSMİ
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) tərəfindən ölkədə genişzolaqlı internet sürətinin artırılması ilə bağlı təklif verilib.

Trend xəbər verir ki, bu fikirləri Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin İdarə Heyətinin sədri Nail Mərdanov bu gün “A-dan Z-yə internet" media üçün praktik təlimdə jurnalistlərin suallarını cavablandırarkən deyib.

Agentlik sədri bildirib ki, həmin normativ sənəd təsdiqlənmə mərhələsindədir.

“Provayderlərin xidmət keyfiyyətləri göstəricilərinin sərtləşdirilməsi haqqında da düşünürük. Minimum intenert sürətinə müəyyən hədd qoyulandan sonra bütün provayderlər məcbur olacaqlar ki, bu xidməti təmin etsinlər”, - deyə Nail Mərdanov vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti