...

"Qarabağ"ın forvardı Falkaonun rekordunu təkrarladı

İdman Materials 25 Fevral 2026 15:00 (UTC +04:00)
"Qarabağ"ın forvardı Falkaonun rekordunu təkrarladı
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Çempionlar Liqasının (ÇL) pley-off mərhələsində "Nyukasl"la cavab görüşü "Qarabağ"ın futbolçusu Kamilo Duran üçün əlamətdar olub.

Trend Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) istinadən xəbər verir ki, Azərbaycan çempionunun hücumçusu ÇL-də bir mövsümə 5 qol vurmuş ikinci kolumbiyalı kimi tarixə keçib.

Ondan əvvəl bunu Radamel Falkao etmişdi. Belə ki, təcrübəli forvard 2016/2017 mövsümündə "Monako"nun heyətində 5 qol vurmağı bacarmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti