...

Xarici ticarətdə dövlət, özəl sektor və fiziki şəxslərin pay bölgüsü açıqlandı

İqtisadiyyat Materials 25 Fevral 2026 14:54 (UTC +04:00)
Xarici ticarətdə dövlət, özəl sektor və fiziki şəxslərin pay bölgüsü açıqlandı
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar ayında Azərbaycana məhsul idxalının həcmi 1,302 milyard ABŞ dolları təşkil edib.

Trend bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, idxalda dövlət sektoru 110,2 milyon dollar, özəl sektor 1,063 milyard dollar, fiziki şəxslər isə 128,8 milyon dollar paya malik olub. 2025-ci ilin yanvar ayı ilə müqayisədə dövlət sektoru üzrə 7,7 dəfə, fiziki şəxslərin idxal əməliyyatları üzrə 22,4% azalma qeydə alınıb. Bunlardan fərqli olaraq, özəl sektor üzrə isə idxal əməliyyatlarında illik müqayisədə 3% artım olub.

Hesabat dövründə dövlət sektorunun idxalda xüsusi çəkisi 8,46%, özəl sektorun 81,65%, fiziki şəxslərin isə idxalda payı 9,89%-ə bərabər olub.

Eyni zamanda, bu ilin yanvar ayında Azərbaycandan məhsul ixracının dəyəri 2,236 milyard ABŞ dolları olub.

Məlumata görə, ixracda dövlət sektoru 710,6 milyon dollar, özəl sektor 1,517 milyard dollar, fiziki şəxslər isə 7,836 milyon dollar paya malik olub. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə bu göstəricilər müvafiq olaraq 41,4%, 16,5% və 9,2% azalıb.

Hesabat dövründə dövlət sektorunun ixracda xüsusi çəkisi 31,78%, özəl sektorun 67,87%, fiziki şəxslərin isə idxalda payı 0,35%-ə bərabər olub.

Qeyd edək ki, bu ilin yanvar ayında Azərbaycan xarici ölkələrlə 3,538 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 1,5 milyard dollar və ya 30,5% azdır.

Xarici ticarət dövriyyəsinin 2,236 milyard ABŞ dolları ixracın, 1,302 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 802 milyon dollar və ya 26,4%, idxal isə 750 milyon dollar və ya 36,5% azalıb.

Yekunda xarici ticarətdə 933,6 milyon dollarlıq müsbət saldo yaranıb ki, bu da illik müqayisədə 52,4 milyon dollar və ya 5,3% azdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti