Bakı. Trend:
Bakıda və Abşeron yarımadasının bəzi yerlərində fevralın 27-si axşamdan martın 2-dək hava şəraitinin fasilələrlə yağıntılı olacağı gözlənilir.
Trend xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Məlumata əsasən, ayrı-ayrı yerlərdə yağıntının intensivləşəcəyi, əsasən axşam və gecə saatlarında sulu qara keçəcəyi ehtimal olunur.
Azərbaycanın rayonlarında isə fevralın 26-sı günün ikinci
yarısından başlayaraq martın 2-dək hava şəraitinin arabir yağıntılı
olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə
yağıntıların intensiv olacağı, yağıntılarla əlaqədar çaylarda
sululuğun artacağı ehtimalı var.
Bəzi dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.
Ölkə ərazisində havanın temperaturu ötən günlərlə müqayisədə 5-8
dərəcə enəcək.
