Bakı. Trend:
Londonun "ICE" birjasında 2026-cı ilin iyun ayı üçün "Brent" markalı neftin fyuçerslərinin qiyməti 5,5% artaraq bir barel üçün 97,5 dollara çatıb.
Trend-in məlumatına görə, bu barədə ticarət platformasından bildirilib.
Saat 02:38 üçün "Brent" markalı neftin qiyməti 96,62 dollar/barel təşkil edib (artım 4,54%). Eyni zamanda, 2026-cı ilin iyun ayı üçün "WTI" neft fyuçerslərinin qiyməti 5,35% artaraq 88,49 dollar/barel təşkil edib.