Bakı. Trend:
Almaniyanın Şimali Reyn-Vestfaliya vilayətinin Moers şəhərindəki Sikh məbədində baş verən davada ən azı 11 nəfər yaralanıb.
Trend-in məlumatına görə, bu barədə "Bild" qəzeti xəbər verib.
Məlumata əsasən, polis məbədin yaxınlığında genişmiqyaslı əməliyyat keçirir. Ərazi tamamilə mühasirəyə alınıb. İlkin məlumatlara görə, daha əvvəl 40-dan çox insanın iştirak etdiyi dava baş verib. Şahidlər münaqişə zamanı soyuq və odlu silahlardan istifadə edildiyini bildiriblər.
Bildirilib ki, yaralananların həyatı üçün təhlükə yoxdur, tibb işçiləri onlara hadisə yerində ilkin tibbi yardım göstəriblər. Ən azı bir şübhəli şəxs saxlanılıb.