Bakı. Trend:
ABŞ-nin Tampa şəhəri yaxınlığında təyyarənin qəzaya uğraması nəticəsində pilot həlak olub.
Trend-in məlumatına görə, bu barədə "CBS News" televiziya kanalı xəbər verib.
Məlumata əsasən, "Cessna" təyyarəsi 19 aprel yerli vaxtla səhər tezdən havaya qalxdı və bundan sonra təxminən saat 08:35-də qeyri-müəyyən şəraitdə qəzaya uğrayıb. Onun qəzaya uğraması nəticəsində yaşayış binasının həyətində yanğın baş verib və binanın özü yüngül ziyan görüb.
ABŞ Milli Nəqliyyat Təhlükəsizliyi Şurası və Federal Aviasiya İdarəsi hadisə ilə bağlı araşdırma aparır.