Bakı. Trend:
Futbol üzrə Azərbaycan Premyer Liqasında XXVIII turun daha bir oyunu keçirilib.
Trend-in məlumatına görə, Yevlaxda "Karvan-Yevlax" "Şamaxı"nı qəbul edib. Görüş ev sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Hazırda meydan sahibi komanda 14 xalla sonuncu - 12-ci, qonaqlar isə 32 xalla 7-ci pillədə qərarlaşıb.
