...

BƏƏ maliyyə dəstəyi almaq üçün ABŞ ilə danışıqlar aparır

Dünya xəbərləri Materials 20 Aprel 2026 06:02 (UTC +04:00)
BƏƏ maliyyə dəstəyi almaq üçün ABŞ ilə danışıqlar aparır

Bakı. Trend:

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) İranla bağlı münaqişənin BƏƏ-ni daha da dərin böhrana sürükləyəcəyi təqdirdə Amerika maliyyə dəstəyi almaq ehtimalı ilə bağlı ABŞ ilə müzakirələrə başlayıb.

Trend-in məlumatına görə, bu barədə "The Wall Street Journal" qəzeti xəbər verib.

"BƏƏ Mərkəzi Bankının sədri Xalid Məhəmməd Balama ötən həftə Vaşinqtonda ABŞ Maliyyə Naziri Skott Bessent, eləcə də Maliyyə Nazirliyi və Federal Ehtiyat Sistemi rəsmiləri ilə görüşlərdə valyuta svop xətti məsələsini qaldırıb", - deyə bildirilib.

Qəzetin mənbələrinə görə, BƏƏ İran ətrafındakı münaqişənin ən pis iqtisadi nəticələrindən indiyə qədər qaçmağı bacardığını, lakin maliyyə dəstəyinin "yenə də tələb oluna biləcəyini" vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti