Bakı. Trend:
BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) 82-ci sessiyası çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Tailandın Baş naziri Anutin Çarnvirakul ilə görüşüb.
Trend xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi "X" sosial şəbəkəsində yazıb.
Tərəflər Azərbaycanın UNESCAP-a sədrliyi dövründə prioritetlərini, Azərbaycan və Tailand arasında ikitərəfli münasibətlərin perspektivlərini, eləcə də regional məsələləri müzakirə ediblər.
