...

Abituriyentlər ən çox hansı ixtisas qrupuna müraciət edirlər?

Cəmiyyət Materials 20 Aprel 2026 13:48 (UTC +04:00)
Abituriyentlər ən çox hansı ixtisas qrupuna müraciət edirlər?
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Universitet və kolleclərə qəbulla bağlı təsdiqlənmiş ərizələrin sayı məlum olub.

Trend Dövlət İmtahan Mərkəzinə istinadən xəbər verir ki, imtahanlara ümumilikdə 133 813 nəfər qeydiyyatdan keçib.

Statistikaya görə, 130 146 nəfər universitet, 120 644 nəfər kolleclərə qəbul üçün müraciətini tamamlayıb.

Hazırki statistikaya görə, ən çox qeydiyyat 1-ci qrupda, ən az qeydiyyat isə 3-cü qrupdadır.

İxtisaslar üzrə hazırda statistika belədir:

1-ci ixtisas qrupu üzrə - 14 981;

2-ci ixtisas qrupu üzrə - 11 527;

3-cü ixtisas qrupu üzrə - 10 146

4-cü ixtisas qrupu üzrə - 3 116 nəfər ərizəsini təsdiqləyib.

Ümumilikdə indiyə qədər bütün ixtisaslar üzrə 39 770 ərizə qəbul edilib.

Qeyd edək ki, elektron ərizəsi təsdiq olunmayan abituriyentlər müsabiqəyə buraxılmırlar. 1-ci cəhd imtahanı üçün elektron ərizə qəbulu 29 aprel saat 23:59-da tamamlanacaq.

3020 nəfər isə ötən ilin buraxılış və ya test imtahanlarının I mərhələsinin nəticəsi əsasında müsabiqəyə qoşulacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti