Bakı. Trend:
Xəzər rayonunda ikimərtəbəli ev yanıb.
Bu barədə Trend-ə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Məlumata görə, Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 140 m² olan ikimərtəbəli 4 otaqlı evin mətbəxinin yanar konstruksiyaları 20 m² sahədə yanıb. Sahəsi 20 m² olan otaq yüksək temperaturdan qarsalanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.