...

Hikmət Hacıyev venesuelalı nazir müavini ilə görüşdü

Siyasət Materials 18 Aprel 2026 12:12 (UTC +04:00)
Hikmət Hacıyev venesuelalı nazir müavini ilə görüşdü
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Antalya Diplomatiya Forumu çərçivəsində Venesuelanın xarici işlər nazirinin müavini Andrea Corao Faria ilə görüşüb.

Trend xəbər verir ki, Hikmət Hacıyev bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

Bildirilib ki, görüşdə Azərbaycan–Venesuela münasibətləri və ikitərəfli əməkdaşlığın daha da gücləndirilməsi imkanları barədə səmərəli fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti