...

NATO rəhbəri ABŞ-nin alyansı tərk etməsinin mümkünlüyündən danışıb

Dünya xəbərləri Materials 18 Aprel 2026 09:46 (UTC +04:00)
NATO rəhbəri ABŞ-nin alyansı tərk etməsinin mümkünlüyündən danışıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

NATO baş katibi Mark Rütte ABŞ-nin Şimali Atlantik Alyansından həqiqətən çıxacağına şübhə ilə yanaşır.

Trend xəbər verir ki, o, bu barədə “Welt am Sonntag” qəzetinə müsahibəsində danışıb.

“ABŞ-nin NATO-nu tərk edəcəyini güman etmirəm".

Bununla belə, onun sözlərinə görə, “daha güclü NATO daxilində daha güclü Avropaya” ehtiyac var.

“Prezident Tramp bəzi NATO üzvlərindən açıq şəkildə məyusdur və mən onun narazılığını başa düşürəm”,- deyə Rütte əlavə edib.

Rütte bildirib ki, ötən həftə Ağ Evdə ABŞ Prezidenti ilə görüşü zamanı o, həmçinin alyansın ABŞ-yə verdiyi üstünlükləri müzakirə edə bilib.

“Avropa NATO-da daha böyük rol oynamaq istəyir. Bu, yaxşı xəbərdir. Bu, sağlam olmayan asılılıqdan həqiqi tərəfdaşlığa əsaslanan transatlantik alyansa doğru inkişafdır”, - deyə o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti