Bakı. Trend:
Dünya hələ də ənənəvi enerji mənbələrindən asılı vəziyyətdədir.
Trend xəbər verir ki, bunu Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi, COP29-un Prezidenti Muxtar Babayev Antalya Diplomatiya Forumu çərçivəsində keçirilən panel müzakilərində bildirib.
Onun sözlərinə görə, artıq ölkələrin öz enerji təhlükəsizliyini təmin etməsinin vaxtıdır:
" Türkiyədə keçiriləcək COP31 əvvəlki COP-larda qəbul edilmiş qərarların icrası məsələsinə fokuslanacaq. Təəssüf ki, əvvəlki COP-larda qəbul edilən qərarların böyük bir hissəsi hələ də icra olunmayıb. COP31-in Türkiyədə təşkil olunması enerji keçidi prosesinin necə uğurla həyata keçirilə biləcəyini göstərmək baxımından mühüm bir imkan olacaq".
