...

Üzünü əməliyyatla dəyişdirən cinayətkar 7 il sonra tutuldu (FOTO)

Dünya xəbərləri Materials 18 Aprel 2026 10:20 (UTC +04:00)
Üzünü əməliyyatla dəyişdirən cinayətkar 7 il sonra tutuldu (FOTO)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyənin paytaxtı Ankarada illər əvvəl törədilmiş cinayətə görə 7 ildən çox axtarışda olan və ölkə xaricində gizlənən şübhəli qardaşının şəxsiyyət vəsiqəsi ilə vətəninə geri dönərkən həbs olunub.

Trend bu barədə Türkiyə mediasına istinadən xəbər verir.

Əldə edilən məlumatlara görə, 29 oktyabr 2010-cu ildə Ankaranın Yenimahalle rayonunun Demetevler qəsəbəsində avtomobillində güllələnən Burak Şenin (26) qətlini sifariş etdiyi müəyyən edilən Barış Mirza xaricə qaçıb. Yeddi ildir qaçaq vəziyyətdə Gürcüstanda yaşadığı öyrənilən Mirzə, Türkiyəyə qayıtdıqdan sonra Ankara Şəhər Polis apardığı əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

Müəyyən edilib ki, Mirzə tanınmaması üçün burnu, dodaqları və çənəsi daxil olmaqla üz nahiyəsində estetik əməliyyatlar etdirib, saç əkdirib və üzünü dəyişdirərək özünü qardaşına oxşatmağa çalışıb. Qardaşının şəxsiyyəti ilə Türkiyəyə daxil olan şübhəlinin əməliyyatlar vasitəsilə qardaşına bənzəyərək ölkə daxilində gizlənməyə davam etməyi planlaşdırdığı məlum olub.

Polisdəki prosedurlar tamamlandıqdan sonra məhkəmə şübhəli barəsində həbs qətimkan tədbiri seçib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti