...

İran yenidən Hörmüz boğazını bağlayıb

Dünya xəbərləri Materials 18 Aprel 2026 12:38 (UTC +04:00)
İran yenidən Hörmüz boğazını bağlayıb
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-nin İrandan və İran istiqamətində gəmilərin keçidinə tam şəkildə sərbəst hərəkətinə vermədiyi zamana qədər Hörmüz boğazındakı vəziyyət tam şəkildə nəzarətdədir və əvvəlki vəziyyətə qaytarılıb.

Trend-in məlumatına görə, bunu İranın Xatəm əl-Ənbiya Qərargahının sözçüsü İbrahim Zülfüqari yerli mediaya müraciətində deyib.

Onun sözlərinə görə, müxtəlif tərəflərlə müzakirələrlə əldə olunan razılaşma əsasında İran bir sıra neft tankerləri və ticarət gəmilərinin nəzarətlə Hörmüz boğazından keçməsinə razılıq vermişdi. Lakin ABŞ tərəfi İran limanlarının blokadasını davam etdirir.

“Bu səbəbə görə, Hörmüz boğazına nəzarət əvvəlki vəziyyətə qayıdıb və strateji əhəmiyyət kəsb edən bu boğaz İran Silahlı Qüvvələrinin sərt nəzarətindədir”, - deyə o qeyd edib.

Xatırladaq ki, ABŞ 13 apreldən İrana limanlarına dəniz blokadası tətbiq edib. Bu günə qədər ABŞ tərəfi İranın 21 gəmisinin saxlanılaraq geri qaytarıldığını elan edib.

Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə əlaqədar konkret nəticələr əldə olunmadığına görə, 28 fevralda ABŞ və İsrailin İrana qarşı hərbi hava hücumlara başlayıb və İran da həmin gündən İsraili və ABŞ-nin regiondakı obyektlərini raket və PUA ilə atəşə tutub. Pakistanın vasitəçiliyi ilə tərəflər arasında 7 apreldə 2 həftəlik atəşkəs razılaşması əldə olunub. 11 apreldə ABŞ və İran arasında İslamabadda keçirilən danışıqlarda razılaşma əldə olunmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti