...

"Karvan-Yevlax” “Şamaxı”nı, “Qarabağ” “Sabah”ı qəbul edəcək

İdman Materials 18 Aprel 2026 09:13 (UTC +04:00)
"Karvan-Yevlax” “Şamaxı”nı, “Qarabağ” “Sabah”ı qəbul edəcək
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Misli Premyer Liqasında 28-ci tur davam edir.

Trend xəbər verir ki, ikinci oyun günündə 2 matç keçiriləcək.

Əvvəlcə "Karvan-Yevlax” öz meydanında “Şamaxı”nı qəbul edəcək.

Bu mövsüm komandalar arasında keçirilən hər iki görüşdə "Şamaxı” eyni hesablı qələbə qazanıb - 3:0.

Daha sonra isə turun mərkəzi oyununda “Qarabağ” Tofiq Bəhramov adına Respublika stadionunda “Sabah”ı qəbul edəcək.

Hazırda Ağdam təmsilçisi 56 xalla ikinci, paytaxt klubu isə 66 xalla birincidir. Qurban Qurbanovun komandası rəqibindən 1 oyun az keçirib. Çempionluq ümidini davam etdirmək üçün “Qarabağ” bu gün mütləq qələbə qazanmalıdır.

Cari mövsüm çempionatda tərəflər arasında keçirilən oyunlardan birində “Sabah” qələbə qazanıb (2:1), digəri isə heç-heçə bitib (3:3).

Xəbər lenti

Xəbər lenti