Bakı. Trend:
Binəqədi (10 May küçəsi) və Biləcəri qəsəbələrini metronun “Memar Əcəmi” stansiyası ilə əlaqələndirən 92 nömrəli müntəzəm marşrutda istismar olunan avtobusların bir qismi yenilənir.
Bu barədə Trend-ə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.
Bildirilib ki, 6 böyüktutumlu “Yutong” markalı müasir avtobus CNG texnologiyası ilə təchiz olunub. Yeni avtobuslar aprelin 19-dan sərnişinlərin xidmətinə veriləcək.
Məlumata görə, ümumilikdə 14 avtobus 7-8 dəqiqə intervalla sərnişinlərin ixtiyarında olacaq.
Qeyd edək ki, sözügedən avtobuslarda ödəniş nağdsız qaydadadır.
