...

"Mançester Siti" Fransadan 18 yaşlı vinger transfer edir

İdman Materials 17 Aprel 2026 18:05 (UTC +04:00)
"Mançester Siti" Fransadan 18 yaşlı vinger transfer edir
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

"Trua"nın futbolçusu Matis Deturbe karyerasını İngiltərə Premyer Liqasında davam etdirməyə yaxındır.

Trend xarici mediaya istinadən xəbər verir ki, "Mançester Siti" fransalı vingeri transfer etmək istəyir.

Artıq klublar arasında razılıq əldə olunduğu bildirilir. "Mançester Siti" 18 yaşlı oyunçu üçün Fransa klubuna 15 milyon avro təzminat ödəyəcək.

Qeyd edək ki, Matis Deturbe "Trua"nın yetirməsidir. Gənc futbolçu bu mövsüç Liqa 2 təmsilçisinin heyətində meydana çıxdığı 34 rəsmi matçda 4 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti