...

Ermənistan və ABŞ infrastruktur layihələrinin inkişafı üçün TRIPP şirkətinin yaradılması üzərində işləyirlər

İqtisadiyyat Materials 17 Aprel 2026 20:04 (UTC +04:00)
Ermənistan və ABŞ infrastruktur layihələrinin inkişafı üçün TRIPP şirkətinin yaradılması üzərində işləyirlər
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Antalya. Trend:

Ermənistan və ABŞ infrastruktur layihələrinin inkişafı üçün TRIPP şirkətinin yaradılması üzərində işləyirlər.

Trend-in xüsusi müxbirinin verdiyi məlumata görə, bu barədə Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan Antalya Diplomatiya Forumu çərçivəsində azərbaycanlı jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, hazırda layihənin maliyyə və institusional əsasları üzərində iş aparılır.

“Biz maliyyələşmə modelini müəyyən edirik və Ermənistanda qeydiyyatdan keçiriləcəyi gözlənilən TRIPP şirkətinin yaradılması üzərində işləyirik”, — deyə nazir müavini bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti