...

Çexiyanın Azərbaycandan idxal etdiyi neftin həcmi açıqlandı

Energetika Materials 17 Aprel 2026 23:25 (UTC +04:00)
Çexiyanın Azərbaycandan idxal etdiyi neftin həcmi açıqlandı
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı.Trend:

Yanvar–mart aylarında Azərbaycandan Çexiyaya 184,3 milyon ABŞ dolları dəyərində bitumlu süxurlardan əldə edilmiş 355,5 min ton xam neft və neft məhsulları ixrac edilib.

Trend-in Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, 2025-ci ilin eyni dövrü ilə müqayisədə bu göstərici dəyər ifadəsində 120,4 milyon ABŞ dolları və ya 39,5%, həcm ifadəsində isə 203,2 min ton və ya 36,4% azalıb.

Ötən ilin yanvar–mart aylarında Azərbaycandan Çexiyaya 304,7 milyon ABŞ dolları dəyərində 558,7 min ton neft və neft məhsulları ixrac olunmuşdu.

Hesabat dövründə Çexiya Azərbaycan neftini idxal edən ölkələr arasında ikinci yerdə qərarlaşıb.

Qeyd edək ki, yanvar–mart aylarında Azərbaycandan dünyanın digər ölkələrinə 2,501 milyard ABŞ dolları dəyərində bitumlu süxurlardan əldə edilən 5,077 milyon ton xam neft və neft məhsulları ixrac edilib.

Məlumata görə, bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 836 milyon ABŞ dolları və ya 25,1% , fiziki həcm ifadəsində isə 934 min ton və ya 15,5% azdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti