...

Türkmənistan şirkəti Azərbaycana enerji sektoru üçün elektron avadanlıqların tədarükünü təklif edir (ÖZƏL MÜSAHİBƏ)

İqtisadiyyat Materials 18 Aprel 2026 16:17 (UTC +04:00)
Türkmənistan şirkəti Azərbaycana enerji sektoru üçün elektron avadanlıqların tədarükünü təklif edir (ÖZƏL MÜSAHİBƏ)
Fuad Namazov
Fuad Namazov
Bütün xəbərlər

Aşqabad. Trend:

“Aýdyň gijeler” şirkəti energetika sektorunda istifadə üçün öz istehsalı olan yeni planşet və kompüterləri Azərbaycana təklif edir.

Bu barədə şirkətin təchizat və komplektasiya şöbəsinin rəhbəri Ruslan Taşov Trend-ə verdiyi özəl müsahibədə bildirib.

Azərbaycan şirkətləri ilə rəqəmsallaşma və elektronika sahəsində əməkdaşlıq perspektivləri ilə bağlı sualı cavablandıran Taşov qeyd edib:

“Bəli, biz belə imkanları görürük və buna çox ümid edirik. Daha əvvəl də rəqəmsallaşma layihələri üzərində işlədiyimiz tərəfdaşlarımız olub, o cümlədən elektron avadanlıqlar sahəsində”.

Onun sözlərinə görə, hazırda şirkətin neft-qaz sektorunda Azərbaycandan aktiv tərəfdaşları yoxdur, lakin “Aýdyň gijeler” bu istiqamətdə də əməkdaşlıq qurmağa ümid edir.

“İlkin mərhələdə biz Azərbaycana LED işıqlandırma lampalarımızı ixrac edirdik, indi isə energetika sahəsində istifadə oluna bilən yeni planşet və kompüterlər təklif edirik”, – deyə o əlavə edib.

Qeyd edək ki, “Aýdyň gijeler” şirkəti 2016-cı ildə Türkmənistanda elektronika sahəsində yerli istehsalın inkişafı üzrə dövlət siyasəti çərçivəsində yaradılıb. Müəssisə dövlət-özəl tərəfdaşlığı formatında fəaliyyət göstərir: təxminən 49 faizi dövlətə (Sənaye və inşaat istehsalı nazirliyinə), 51 faizi isə özəl biznesə məxsusdur. İstehsal kompleksi 5 hektardan artıq ərazini əhatə edir və 10-dan çox sexdən ibarətdir. Burada LED işıqlandırmadan və kabel məhsullarından tutmuş kompüter texnikası və telekommunikasiya avadanlıqlarınadək 30-dan çox növdə məhsul istehsal olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti