Bakı. Trend:
Aprelin 19-da Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Trend xəbər
verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən,
mülayim cənub-qərb küləyi günün ikinci yarısında mülayim şimal-qərb
küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 10-13, gündüz 19-24 dərəcə isti olacaq.
Atmosfer təzyiqi 755 mm civə sütunundan 751 mm civə sütununa
enəcək. Nisbi rütubət 60-70 % təşkil edəcək.
Azərbaycanın əsasən dağlıq və dağətəyi rayonlarında arabir
yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının
qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi,
dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Gecə və səhər
bəzi dağlıq ərazilərdə arabir duman olacaq. Qərb küləyi bəzi
yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 8-11, gündüz 20-25 dərəcə isti, dağlarda
gecə 2-7, gündüz 13-18 dərəcə isti olacaq.
