...

Azərbaycan və Ruanda arasında əməkdaşlığın inkişafı müzakirə olunub

Siyasət Materials 18 Aprel 2026 13:52 (UTC +04:00)
Azərbaycan və Ruanda arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumu çərçivəsində Ruandanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Olivye Jan Patrik Nduhungirehe ilə görüşüb.

Bu barədə Trend-ə Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, görüşdə iki ölkə arasında ikitərəfli, eləcə də çoxtərəfli əməkdaşlığın perspektivləri müzakirə olunub.

Coğrafi məsafəyə baxmayaraq, iki ölkə arasında əməkdaşlığın inkişafının gündəmdə olduğu qeyd edilib və bu istiqamətdə siyasi məsləhətləşmələr mexanizminin prosesə müsbət töhfə verdiyinə inam ifadə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti