Bakı. Trend:
İran İsrailə və ABŞ-yə etibar etmir və istənilən an hərbi əməliyyatlara başlamağa hazırdır.
Trend-in məlumatına görə, İran Məclisinin (parlamentinin) spikeri Məhəmməd Baqer Qalibaf əhaliyə müraciətində deyib.
"Biz düşmənlərimizə etibar etmirik və əgər onlar səhv etsələr, İran dərhal hərbi əməliyyatlarını bərpa edəcək. Silahlı qüvvələrimiz buna tam hazırdır", - deyə o bildirib.
