Azərbaycan və Türkmənistan tranzit imkanlarının genişləndirilməsini müzakirə ediblər (YENİLƏNİB)

Siyasət Materials 18 Aprel 2026 21:49 (UTC +04:00)
Azərbaycan və Türkmənistan tranzit imkanlarının genişləndirilməsini müzakirə ediblər (YENİLƏNİB)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Aprelin 18-də xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumu çərçivəsində Türkmənistan Nazirlər kabinetinin sədr müavini, xarici işlər naziri Rəşid Meredov ilə görüşüb.

Trend-in Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verdiyi məlumata görə, görüş zamanı tərəflər Azərbaycan–Türkmənistan münasibətlərinin mövcud vəziyyəti və inkişaf perspektivlərini müzakirə ediblər. Siyasi dialoqun davamlılığı, qardaşlıq və dostluq münasibətlərinə, qarşılıqlı hörmət və etimada əsaslanan tərəfdaşlığın daha da möhkəmləndirilməsinin əhəmiyyəti vurğulanıb.

Nazirlər birgə layihələrin, nəqliyyat və tranzit imkanlarının genişləndirilməsinin, həmçinin logistika əlaqələrinin inkişafının əhəmiyyətini qeyd ediblər.

Tərəflər, həmçinin, regional və beynəlxalq təhlükəsizlik məsələləri üzrə fikir mübadiləsi aparıblar.

Görüşdə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və qarşılıqlı dəstək məsələləri də müzakirə olunub.

Xəbər lenti

Xəbər lenti