...

Rusiya Azərbaycandan elektrik enerjisi idxalını artırıb

Energetika Materials 20 Aprel 2026 10:58 (UTC +04:00)
Rusiya Azərbaycandan elektrik enerjisi idxalını artırıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-fevral aylarında Azərbaycandan Rusiyaya 21,476 milyon kVt/saat həcmində elektrik enerjisi ixrac edilib.

Trend-in Dövlət Statistika Komitəsinə istinadən məlumatına görə, bu həcmdə elektrik enerjisinin ixracından əldə olunan gəlir 1,189 milyon ABŞ dolları olub.

Rusiyaya elektrik enerjisi ixracı 2025-ci ilin eyni aylarındakı göstərici ilə müqayisədə həcm ifadəsində 4,7 milyon kVt/saat və ya 27,7%, dəyər ifadəsi ilə isə 572 min ABŞ dolları, yaxud 1,9 dəfə artıb.

Eyni zamanda, 2026-cı ilin ilk iki ayında Rusiyadan Azərbaycana 544 min ABŞ dolları dəyərində, 13,820 milyon kVt/saat həcmində elektrik enerjisi ixrac edilib.

Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 66 min ABŞ dolları və ya 13,8% çox, həcm ifadəsində isə 2,066 milyon kVt/saat və ya 13% azdır.

2026-cı ilin yanvar-fevral aylarında Azərbaycandan ümumilikdə üç ölkəyə - Rusiya, Gürcüstan və İran İslam respublikasına 3,923 milyon ABŞ dolları dəyərində 72,208 milyon kVt/saat elektrik enerjisi ixrac edilib. Ötən ilin eyni dövrü ilə müqayisədə Azərbaycandan elektrik enerjisi ixracı dəyər ifadəsində 12,4 milyon ABŞ dolları və ya 4,2 dəfə, həcm baxımından isə 224 milyon kVt/saat və yaxud 4,1 dəfə azdır.

Bundan başqa, bu ilin ilk iki ayında Azərbaycan sözügedən ölkələrdən 619 min ABŞ dolları dəyərində 16,452 milyon kVt/saat elektrik enerjisi idxal edib. Bu, ötən ilin eyni dövründəki göstərici ilə müqayisədə dəyər baxımından 38 min ABŞ dolları və ya 6,5% çox, həcm ifadəsində isə 2,6 milyon kVt/saat və ya 13,6% azdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti