...

ABŞ İrana qarşı hərbi əməliyyatlara 55 milyard dollardan çox vəsait xərcləyib

Dünya xəbərləri Materials 20 Aprel 2026 08:34 (UTC +04:00)
ABŞ İrana qarşı hərbi əməliyyatlara 55 milyard dollardan çox vəsait xərcləyib

Bakı. Trend:

ABŞ-nin İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatların dəyəri 55,9 milyard dollar təşkil edir.

Trend-in məlumatına görə, bu barədə İran Müharibəsi Xərcləri İzləyicisi portalı məlumat yayıb.

Bildirilib ki, əməliyyatın başlanmasından 50 gün ötür və bu müddət ərzində xərclər qeyd olunan məbləğə çatıb. Portal məlumatları real vaxt rejimində yeniləyir və şəxsi heyətin saxlanılması, bölgəyə göndərilən gəmilər və digər əlaqəli xərclər daxil olmaqla ümumi maliyyə yükünü hesablayır.

Qeyd olunur ki, hesablama metodologiyası Pentaqonun Konqresə təqdim etdiyi hesabatlara əsaslanır. Həmin sənədlərə görə, əməliyyatın ilk altı günündə 11,3 milyard dollar xərclənib, sonrakı mərhələdə isə gündəlik xərclərin təxminən bir milyard dollara çatacağı proqnozlaşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti