Bakı. Trend:
Sakit okeanda Tonqa Krallığının paytaxtı Nukualofa şəhərindən (Tonqatapu adası) 676 km şimal-şimal-şərqdə 6 bal gücündə zəlzələ qeydə alınıb.
Trend-in məlumatına görə, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Altay-Sayan filialı xəbər verib.
Məlumata əsasən, zəlzələnin episentri Neiafu adasından təxminən 373 km şimalda olub.
Episentrdəki təkanların intensivliyinə əsasən, zəlzələ "dağıdıcı" kimi qiymətləndirilib.
