Bakı.Trend:
Avropa “güc dilində danışmağı” öyrənməlidir.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, bunu Niderlandın yeni baş naziri Rob Yetten bildirib.
“Qısa müddət ərzində geosiyasətin güc siyasətinə çevrildiyini görməməzlikdən gələ bilmərik. Köhnə ittifaqlar əvvəlki qədər möhkəm deyil. Avropa güc dilində danışmağı öyrənir və bu, son dərəcə zəruridir. Biz hesab edirik ki, güclü Avropa ilə güclü Niderland çiyin-çiyinə irəliləməlidir”,- Yetten baş nazir kimi parlament qarşısında ilk çıxışında qeyd edib.
Yettenin sözlərinə görə, Avropa eyni zamanda digər ölkələrdən və xarici texnologiya nəhənglərindən iqtisadi asılılıq problemi ilə də üzləşir.
Qeyd edək ki, Solçu-liberal “Demokratlar-66” partiyası, sağçı-liberal “Azadlıq və Demokratiya naminə Xalq Partiyası” və “Xristian-demokrat çağırışı” hərəkatı tərəfindən formalaşdırılan Niderlandın yeni hökuməti fevralın 23-də and içib.
