Bakı. Trend:
Dünyada yaşanan geosiyasi gərginliklər fonunda qızıl bahalaşmağa davam edir.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, COMEX birjasında Bakı vaxtı ilə 14:40-a olan vəziyyətə görə aprel ayı üzrə füçers qiyməti 0,4 faiz bahalaşaraq bir unsiya üçün 5,198 dollar (təx.8,836 AZN) təşkil edib.
Digər yandan gümüş üzrə füçerslər də 3,5 faiz bahalaşaraq, bir unsiya üçün $90,575 (təx. 153,977 AZN) olub.
İran ətrafında olan gərginlik qoruyucu aktiv qismində əlvan metallara tələbi əhəmiyyətli dərəcədə artırıb.
ABŞ prezidenti Donald Tramp Konqresə müraciətində bildirib ki, İranın nüvə silahı əldə etməsinə imkan verməyəcək, hərçənd o məsələnin hərbi güc tətbiq olunmadan həllinə üstünlük verdiyini bildirib. Bununla yanaşı, ABŞ Yaxın Şərq regionda böyük hərbi qüvvələr cəmləşdirib və ekspertlər İrana zərbə endirilməsinin qaçılmaz ola biləcəyindən ehtiyat edirlər.
JPMorgan analitiklərinin proqnozlarına görə, 2026-cı ilin sonunadək qızılın qiyməti bir unsiya üçün 6300 dollara çata bilər.
