...

BMW ABŞ-də 59 minə yaxın avtomobili geri çağırır

Dünya xəbərləri Materials 25 Fevral 2026 20:44 (UTC +04:00)
BMW ABŞ-də 59 minə yaxın avtomobili geri çağırır
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Milli Yol Hərəkəti Təhlükəsizliyi Administrasiyası (NHTSA) Almaniyanın BMW şirkətinin ABŞ-də 58 713 avtomobili geri çağırdığını açıqlayıb.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, geri çağırılmaya səbəb kondisioner sisteminin naqillərində aşkar olunan zədələnmədir. Bu nasazlıq qısaqapanma riskini artıra bilər.

NHTSA-nın məlumatına əsasən, geri çağırılma bir neçə modeli əhatə edir. Bunlar arasında "M5 Sportswagon", "M5" və "750e xDrive" modelləri də var.

Şirkət sözçüsü KİV-ə açıqlamasında geri çağırılmanı təsdiqləyib. Onun sözlərinə görə, aparılan keyfiyyət yoxlaması nəticəsində təsirə məruz qalan avtomobillərdə kabel marşrutunun təkmilləşdirilməsinə ehtiyac olduğu müəyyən edilib.

Sözçü əlavə edib ki, indiyədək bu nasazlıqla bağlı hər hansı qəza faktı qeydə alınmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti