Bakı. Trend:
Bu ilin yanvar ayında Azərbaycanla Yunanıstan arasında ticarət əməliyyatlarının həcmi 55,1 milyon ABŞ dolları təşkil edib.
Trend Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 50,8 milyon ABŞ dolları və ya 1,9 dəfə azdır.
Belə ki, bu ilin yanvar ayında Azərbaycandan Yunanıstana 45,9 milyon dollar həcmində ixrac həyata keçirilib ki, bu da illik ifadədə 51,3 milyon ABŞ dolları və ya 2,1 dəfə azdır.
Hesabat dövrü ərzində Yunanıstandan Azərbaycana 9,1 milyon ABŞ dolları həcmində ixrac həyata keçirilib. Bu illik ifadədə 50 min ABŞ dolları həcmində artım anlamına gəlir.
Qeyd edək ki, cari ilin yanvar ayında Azərbaycan xarici ölkələrlə ümumilikdə 3,538 milyard ABŞ dolları məbləğində ticarət əməliyyatları həyata keçirib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 1,5 milyard ABŞ dolları və ya 30,5 faiz azdır.
Xarici ticarət dövriyyəsinin ümumi həcmindən 2,236 milyard ABŞ dolları ixracın, 1,302 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son bir ildə ixrac 802 milyon ABŞ dolları və ya 26,4 faiz, idxal isə 750 milyon ABŞ dolları və ya 36,5 faiz azalıb.
Nəticədə xarici ticarətdə 933,6 milyon ABŞ dolları həcmində müsbət saldo formalaşıb ki, bu da ötən illə müqayisədə 52,4 milyon ABŞ dolları və ya 5,3 faiz azdır.
