...

Britaniyada “qırmızı yağış" gözlənilir - Meteoroloqlar xəbərdarlıq edib

Dünya xəbərləri Materials 25 Fevral 2026 19:34 (UTC +04:00)
Britaniyada “qırmızı yağış" gözlənilir - Meteoroloqlar xəbərdarlıq edib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Britaniyalı meteoroloqlar Avropa istiqamətində hərəkət edən Sahara səhrasından qalxan toz təbəqəsinin təsiri ilə yaranan “qanlı yağış” adlandırılan yağıntının düşə biləcəyi ilə bağlı xəbərdar ediblər.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, səhradan gələn toz şleyfi Böyük Britaniya üzərində yağıntılarla qarışaraq yağışa qırmızımtıl çalar verə bilər.

Qeyri-adi görünüşünə baxmayaraq, bu hadisə əhali üçün təhlükə yaratmır. Ən böyük nəticə avtomobillərin, pəncərələrin və digər açıq səthlərin üzərində nazik toz qatının yaranması ola bilər.

Qiymətləndirmələrə görə, “qanlı yağış”ın ən nəzərəçarpan nəticələri Böyük Britaniyanın cənub rayonlarında müşahidə oluna bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti